Nazarbayev hökumətdə dəyişiklik etdi - Müvəqqəti hökumət quruldu

img

08-09-2016 [15:38]


Qazaxıstanda müvəqqəti hökumət başçısı təyin olunub. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev müvaqif fərman imzalayıb.

Fərmana əsasən Baş nazir səlahiyyətlərini müvəqqəti olaraq Baş nazirin birinci müavini Bakıtjan Saqintayev icra edəcək. 

Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Vladimir Jumakanov isə Nazarbayevin məsləhətçisi təyin olunub. 

Hökumətə yeni tərkib formalaşana qədər fəaliyyətini davam etdirmək tapşırılıb. 

Qeyd edək ki, bir müddət öncə Qazaxıstanın Baş naziri Kərim Məsimov vəsifəsindən azad olunub. O, Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA