“Əgər problem yaranarsa,..." - Mətbuat Şurasının sədrindən "Azadlıq"la bağlı açıqlama

img

07-09-2016 [21:08]


"Azadlıq” qəzetinin maliyyə problemilə bağlı sentybarın 6-da qəzet rəhbərliyi ilə söhbətimiz oldu”.

Bunu Turan-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, müzakirə əsasında belə qərara gəlinib ki, "Azadlıq” qəzeti hesabdan pul götürə bilmək üçün öz üzərinə düşən prosedurları yerinə yetirsin: "Əgər problem yaranarsa, bu zaman biz də kömək etməyə çalışarıq”.

Ə.Amaşov qəzetin çapının dayandırılmasına səbəb olan borc məsələsinin müzakirə predmeti olmadığını deyib.

Xatırladaq ki, bu il avqustun 20-də "Azadlıq” qəzetinin direktoru Faiq Əmirli həbs edilib. Bundan sonra qəzetin maliyyə məsələsində problem yaranıb.

Sentyabrın 6-da isə "Azərbaycan” nəşriyyatı qəzetin nəşriyyata olan  20 min manat borcuna görə qəzetin çapından imtina edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA