?8-ci kilometr bazarı?nda yanğın baz verib

img

28-04-2010 [12:21]


Bu gün saat 09:09-da Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112 zəng mərkəzi"nə vətəndaş tərəfindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində tüstülənmə müşahidə olunub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğın hadisəsi ilə əlaqədar olaraq saat 09:19-da 3-cü dərəcəli çağırış elan olunub, saat 10:29-da yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin olaraq, yanğının ümumi sahəsinin, təxminən, 1000-1200kv.m. təşkil etdiyi bildirilib. Hadisə nəticəsindən ölən və xəsarət alan olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA