Nursultan Nazarbayev G20-də yeni təklif verdi: "Qlobal təşkilat yaradılsın"

img

04-09-2016 [18:05]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev iqtisadiyyat və maliyyəni tənzimləmək üçün qlobal təşkilat yaradılmasını təklif edib.

"RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu gün Çinin Xançjou şəhərində keçirilən "Böyük iyirmilik” (G20) sammitində çıxış edən N. Nazarbayev deyib ki, hazırda dünya iqtisadiyyatının inkişaf tempi, ticarət və kapital dövriyyəsi azalır.

Qazaxıstan prezidenti qlobal inkişaf yolu dünya ictimaiyyətinin birgə fəaliyyətindən çox asılı olacaq: "Buna görə də beynəlxalq iqtisadiyyatın və maliyyənin tənzimlənməsində vahid qlobal təşkilat əsas rol oynamalıdır. Belə strukturu BMT-nin İqtisadiyyat və Sosial Şurasını Qlobal İnkişaf Şurasına transformasiya etməklə yaratmaq olar. Bu struktura qlobal iqtisadiyyatın tənzimlənməsi funksiyası həvalə olunmalıdır. Dünya iqtisadiyyatını canlandırmaq üçün yeni sənaye inqilabına, rəqəmsal iqtisadiyyata və innovasiyalara dəstək vermək lazımdır”.

N. Nazarbayev G20 ölkələrinin və digər maraqlı ölkələrin terrorizm üzərində tam qələbə üçün səylərini birləşdirməsinin bu yolda yaxşı başlanğıc ola biləcəyini də vurğulayıb: "Bunu bütün dünya ictimaiyyəti gözləyir”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA