Sarkisyan Qarabağda badə qaldırdı - Foto qalmaqal yaratdı

img

03-09-2016 [13:07]


Ermənistan prezidenti Serj Sarkisyanın tanınmamış Abxaziya Respublikasının vitse prezidenti Vitali Qabniya ilə birgə fotosu Gürcüstanla Ermənistan arasında gərginliyə səbəb olub.

Fotonu dünən qondarma respublikanın xarici işlər naziri müavini Kan Taniyan facebook hesabında paylaşıb. O bildirib ki, foto Xankəndində, DQR-in (qondarma-red.) müstəqilliyinin 25 illiyinə həsr olunan tədbirdə çəkilib.

Məsələni şərh edən Gürcüstanın xarici işlər nazirinin müavini Qiqi Qiqiadze bildirib ki, rəsmi İrəvan qəti şəkildə prezident Sarkisyanın Abxaziya hökumətinin nümayəndələri ilə görüşməsini inkar edir.

O, eyni zamanda sosial şəbəkədə paylaşılan həmin fotonu şərh etməkdə çətinlik çəkdiyini vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA