"Ümumi prinsiplərimiz var" - Lavrovdan "soyuq müharibə" açıqlaması

img

01-09-2016 [13:37]


"Hazırda yeni "soyuq müharibə” üçün zəmin yoxdur".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MQİMO) tələbələrlə görüşdə deyib. 

Nazir qeyd edib ki, indiki dövrlə "soyuq müharibə” dövrünü müqayisə etmək çox çətindir: "Onlar bir-birindən ciddi şəkildə fərqlənir. Mən "soyuq müharibə"nin ikinci nəşrinin reallaşması üçün zəmin görmürəm".

S. Lavrovun fikrincə, bu gün Rusiya və Qərb arasında "soyuq müharibə” dövrü üçün xarakterik olan ideoloji fikir ayrılığı mövcud deyil: "Cəmiyyətin demokratik inkişafını ozündə əks etdirən ATƏT və BMT çərçivəsində bölüşdüyümüz ümumi prinsiplərimiz var". (APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA