01-09-2016 [13:27]
"Ən müasir silahların qarşısına əli yalın çıxıb, dövlətini müdafiə edən başqa bir millət varmı?! Bilmirəm".
Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan "Ədliyyə ili" qurultayının açılışında bildirib.
"Türkiyədə öz dövlətini qoruyan bir nəsil yetişdi. Onlar qəhrəmanlığı həm tarix kitablarında oxudu, həm də onu meydanlarda yaşadı. Bizim bir bayrağımız var. Bütün əməliyyatlar eyni səylə davam etdiriləcək. Kimsə bu vətən üzərində əməliyyat etməyə cəhd göstərməsin. Onlar qarşılarında ordumuzu, kənd qoruyucularını, adi vətəndaşlarımızı görəcək. Dövlət içində dövlət olmaz. Bəziləri buna çalışdı. 40 il bu işi görməyə səy göstərdi. Qoy, hər kəs bilsin, bu ölkənin 79 milyonluq əsgəri var.
241 şəhidimizin arasında ölkəmizin bütün təbəqələrindən olanlar var.
Millətimiz öz vəzifəsini layiqincə yerinə yetirdi. İndi növbə bizdədir. Bundan sonra daha çox çalışmalıyıq. Ölkəmizin maraqları xaricində fəaliyyət göstərməyə heç birimizin haqqı yoxdur. İyulun 15-dən əvvəlki dövr başqadır. Ondan sonrakı başqa.
Biz dövlət çevirilişi edənləri (FETÖ – Fətullahçı terror təşkilatı) "vurun" deyə təlimatı vermədik. Biz onları "tutun və ədalətə təslim edin" dedik. Bunu da etdilər. Ey dünya, sən bizə hansı gözlərlə baxırsan. Sənin yanaşman bu millətə qarşı edilən tərbiyəsizlik deyilmi?!
FETÖ-çülərə qarşı əməliyyat zamanı tutulanların layiqli cəzalarını almasında prokuror və hakimlərin zəiflik nümayiş etdirməyəcəyinə inanıram", – deyə, Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Qeyd edək ki, ölkə tarixində prezident ilk dəfədir "Ədliyyə ili" qurultayında iştirak edir. (Report)
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək