FHN əməkdazları Səbail rayonundaə 4 qumbara tapıb

img

27-04-2010 [12:00]


Dünən Bakı şəhəri, Səbail rayonunda zibillikdə 4 ədəd döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aşkarlanmış sursatın 2 ədəd partlamamış "F-1" markalı əl qumbarası və əl qumbarasının 2 ədəd partlayıcısı olduğunu müəyyən edib. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə axtarış işləri aparıblar. Axtarış nəticəsində digər şübhəli əşya aşkar olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA