Nazir Ziya Məmmədovun oğlunun radiosu bağlandı - Səbəbi bilinmir

img

01-09-2016 [10:21]


Azərbaycanda fəaliyyət göstərən Avto FM radiosu fəaliyyətini dayandırıb.

"Qafqazinfo” xəbər verir ki, bu haqda radionun əməkdaşları sosial şəbəkədə məlumat yayıblar. Məlumata görə radio bu gecədən yayımını dayandırıb. Radionun fəaliyyətinin dayanmasının səbəbləri haqda heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Avto FM radiosunun ilk rəhbəri hazırda xaricdə olan jurnalist Elnur Baimov idi. Radio rəsmi olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus idi. 2013-cü ildə fəaliyyətə başlayan bu radionun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması haqda xəbərlər yayılsa də, bu E.Baimov tərəfindən təkzib olunurdu.

Nazir oğlunun radiosu bağlandı -  Azərbaycanda

Nazir oğlunun radiosu bağlandı -  Azərbaycanda

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA