TSK-dan Cerablus açıqlaması: "Bir tank raketlə vuruldu, 3 yaralı var"

img

30-08-2016 [22:24]


Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyada həyata keçirdiklləri "Fırat qalxanı" əməliyyatı ilə bağlı az əvvəl açıqlama yayıb.

Mia.az xəbər verir ki, TSK-nın açıqlamasında bu gün Cerablusun qərbində terroristlərin bir türk tankına raketlə atəş açdığı bildirilib:

"Atəş nəticəsində tanka yüngül zərər dəyib. 3 qəhrəman silah yoldaşımız isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya qaldırılıblar. Səhhətləri yaxşıdır". 

TSK bildirir ki, hadisədən dərhal sonra terroristlərə qarşı şəhərin qərb istiqamətində əməliyyat başlayıb: "Tankımıza raketlə atəş açan, 3 əsgərimizi yaralayan terrorist dəstə isə qaçmaq istəyərkən, birliyimiz tərəfindən məhv edildi".

Xatırladaq ki, bir neçə gün əvvəl Suriyada daha bir türk tankı raketlə vurulmuşdu.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA