ANS TV-nin tanınmış aparıcısı bu telekanalda çalışacaq

img

30-08-2016 [13:08]


ANS telekanalının tanınmış aparıcısı Rahil Sayadoğlunun yeni iş yeri müəyyənləşib.

Teleaparıcı bundan sonra Region TV-də fəaliyyətini davam etdirəcək. "Şəbəkə" verilişinin aparıcısı sentyabrdan yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.

Xəbəri Region TV-nin sözçüsü İsmayıl Həsənov da təsdiqləyib. O, Ölkə.Az-ın əməkdaşıyla söhbətində bildirib ki, Rahil Sayadoğlu ilə bir müddət öncə danışıqlara başlayıblar:

"Bir müddətdir ki, sözügedən aparıcı ilə danışıqlar aparırdıq, artıq, razılaşma əldə olunub. Aparıcı yeni mövsümdən etibarən maraqlı bir layihə ilə ekranda olacaq”.

Telekanal rəsmisi tanınmış aparıcının yeni layihəsi haqda ətraflı məlumat vermək istəməyib: "Layihənin detalları haqda geniş məlumat vermək istəmirəm, verilişin uğur qazanacağına inanırıq”.

İ.Həsənov "başqa transferlər də olacaqmı?” sualını belə cavablandırıb:

"Televiziya yenilikləri sevən bir mühitdir. Hər bir telekanal heyətini peşəkarlarla zənginləşdirmək istəyir. Əlbəttə ki, biz də teleməkanın uğurlu sima və imzalarını kanalımızda görmək istəyirik. Zamanla bu yeniliklər barədə məlumatlar verəcəyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA