"Atəşkəs müvəqqətidir, əhali Qarabağdan qaçır..." - Erməni tərəfindən etiraf

img

30-08-2016 [12:41]


Qondarma "Dağlıq Qarabağ Respublikası”nın "baş naziri” Araik Aratunyan aprel döyüşləri ilə bağlı erməni KİV-lərinə müsahibə verib.

Araik Aratunyan bildirib ki, hələ aprel ayından öncə qoşunların təmas xəttində aktivliyin olacağı gözlənilirdi: "Əgər biz 2014-cü ilin avqust, 2015-ci il və 2016-cı ilin ilk rübünü xatırlasaq, görərik ki, münaqişə bölgəsində toqquşmalar olub. Ona görə də biz anlamalıyıq ki, atəşkəs müvəqqətidir. Təmas xəttində atəşin azalması o anlama gəlmir ki, həmişə belə olacaq. Biz ordu hazırlığına diqqət ayırmalıyıq”.

Aratunyan aprel döyüşlərindən sonra Talış kəndində yaşayan ermənilərin Qarabağ ərazini tərk etdiyini etiraf edib: "Talış kəndinin sakinləri Ermənistan və ya digər ölkələrə köçüblər. Talış kəndində əvvəllər 500-ə qədər erməni yaşayıb. Madagiz kəndinin sakinləri də yaşadıqları ərazini tərk ediblər. Aprel döyüşlərindən sonra bir çox kəndlərin sakinləri də Qarabağdan gediblər”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA