TBMM sədri Gevaraya "qatil, eşkiya" dedi, iki dövlət üz-üzə gəldi

img

29-08-2016 [21:26]


Türkiyə Böyük Millət Məclisinin (TBMM)  başqanı İsmail Kahramanıın Kubanın milli lideri Çe Gevaranı "qatil, eşkiya" adlandırması iki dövlət rəsmilərini də üz-üzə gətirib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kubanın Ankaradakı səfirliyi bu gün yazılı açıqlama yayaraq, ‘'Kuba inqilabının öndər siması Ernesto Çe Gevaraya yönəlik ifadələrdən əndişə və üzüntülərimizi bildiririk. Bu ifadələr qəbuledilməzdir, iki ölkə arasındakı dostluq və qarşılıqlı hörmət prinsiplərinə ziddir", - deyə, bildirib. 

Xatırladaq ki, TBMM-nin sədri türk gənclərinin Gevaranın şəkili olan köynəklər geyinmələrini pisləyərək, onu "qatil", "xuliqan" adlandırıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA