Türkiyə ordusu 13 kəndi YPG və İŞİD-dən təmizlədi - Son dəqiqə xəbəri

img

28-08-2016 [22:31]


Türkiyə ordusu Suriyanın Cerablus şəhərinin ətrafında yerləşən daha 10 kəndi İŞİD və YPG/PYD terror qruplaşmasından azad edib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Baş Nazirliyindən rəsmi açıqlama yayılıb.

Bildirilib ki, bu gün türk qoşunları Cerablus bölgəsinin ətrafında yerləşən daha 10 kəndlə yanaşı, RAİ şəhərinə bağlı olan 3 kəndi də PYD/YPG və İŞİD-çilərdən təmizləyiblər: "Təmizlənən ərazilər Türkiyə ordusu ilə birgə hərəkət edən Azad Suriya Ordusunun nəzarətinə verilib".

Rəsmi məlumatda o da bildirilib ki, təmizləmə əməliyyatında mülki şəxslərin vurulması barədə bəzi xarici media orqanlarında yayılan iddialar da tam yalandır:"Bunlar gerçəyi əks etdirmir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA