Türkiyə Suriyaya əlavə texnika yeridir - Savaş genişlənir

img

28-08-2016 [14:02]


Bu gün səhər saatlarında Türkiyə Suriyanın Cerablus bölgəsinə əlavə hərbi qüvvələr göndərib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki tankın müşayiəti ilə hərbi sursat yüklənmiş yük maşını və zirehli maşın karvanı Türkiyə-Suriya sərhədini keçərək Cerablusa istiqamətlənib.

Qeyd edək ki, dünən Cerablus şəhərindən 7 km cənubda PKK terror təşkilatının Suriya qolu PYD-nin silahlı qanadı olan YPG tərəfindən Türkiyə Silahlı Qüvvələrinin tanklarından biri vurulub. Nəticədə bir əsgər şəhid olub, 3 əsgər yaralanıb.

Bu, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Firat qalxanı" əməliyyatı çərçivəsində ilk şəhiddir. Gecə ərzində Türkiyə Silahlı Qüvvələri Cerablusun cənubundakı hədəflərə tank və artilleriya qurğularından zərbələr endirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA