Aqil Ələsgərin “Sessiz işgal -Azerbaycanda FETÖ Yapılanması” adlı kitabı nəşr edilib - Türkiyədə (FOTO)

img

27-08-2016 [13:56]


Azərbaycanlı müəllifin FETÖ gerçəklərini anladan kitabı Türkiyədə nəşr edilib.

Bu barədə Mia.az-a kitabın müəllifi Aqil Ələsgər məlumat verib.

Onun sözlərinə görə, yazarın "Terrorun Gülən üzü” kitabının əsasında türk dilində qələmə alınan "Sessiz işgal -Azerbaycanda FETÖ Yapılanması” adlı kitab Türkiyənin son illərin ən məşhur, 2012-ci ildə "Yılın Yayın evi” və 2015-ci ilin "Düşüncə və İfadə Azadlığı” mükafatlarını almış "Kırmızı Kedi” nəşriyyatı tərəfindən çap olunub:

"Dünyaca məşhur yazarların, FETÖ ilə gerçək mübarizə aparan imzalar arasında imzamızın olmasına dəstək verən dəyərli insanlara, başda kitabın həm tərcüməsində, həm də belə bir yayın evində yayımlanmasında müstəsna rol oynayan dəyərli ustadım Mayis Əlizadə bəyəfəndiyə sonsuz təşəkkür edirəm. Kitabda şəbəkənin Azərbaycan fəaliyyətləri ilə yanaşı ideoloji tərəflərinə də toxunulub. Türkiyənin sabiq baş qərargah rəisi İlker Başbuğ, Yılmaz Özdil, Soner Yalçın, Sabri Uzun kimi məşhur yazarlar bu ayın evinin tərəfdaşlarıdır”.

Xatırladaq ki, Aqil Ələsgərin FETÖ təşkilatlanmasından bəhs edən və Azərbaycan dilində çapdan çıxan "Terrorun Gülən üzü” adlı kitabı 2015-ci ilin may ayında işıq üzü görüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA