Türkiyə tanklarının strateji manevri - Ərdoğan bununla kimlərə hansı mesajı verir? (VİDEO)

img

26-08-2016 [14:20]


Türkiyənin dəstəyi ilə Suriyanın Cerablus bölgəsinin İŞİD terror təşkilatının silahlılarından təmizlənməsindən sonra sərhədi keçmiş türk tanklarının bir hissəsi Türkiyəyə qayıdaraq yenidən Cerablusa doğru hərəkət edib.

Bununla da Türkiyə dünyaya "çox incə” mesaj göndərib.

Qəzetin məlumatına görə, əməliyyatların ilk günündə tanklar Suriyaya 3 xətt boyunca girdiyi halda, sərhəddə açılan daha 7 xətlə bərabər ümumilikdə 10 xətt boyunca yenidən Cerablus bölgəsinə daxil olublar.

Bu addımın iki əsas mənası var. Bunlardan birincisi, böyük zərbə gücü ilə bölgə üçün təhdidləri ortadan qaldırmaqdır.

İkincisi isə Türkiyənin zərurət yarananda quru qoşunlarını yenidən Cerablusa yeridə biləcəyini regiondakı bütün ünsürlərə göstərməkdir. 

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA