25-08-2016 [14:32]
Almaniya Türkiyənin "İncirlik” hərbi bazasındakı hərbçilərini və "Tornado "kəşfiyyat təyyarələrini çıxarmağa hazırlaşır.
APA-nın "Der Spiegel” nəşrinə istinadən verdiyi məlumata görə, rəsmi Berlin alman əsgərləri və təyyarələrini İordaniya, yaxud Kiprdə yerləşdirməyi planlaşdırır.Buna səbəb isə Bundestaqın qondarma "erməni soyqırımı”nı tanımasından sonra Türkiyənin alman deputatların "İncirlik” bazasına səfər etməsinə icazə verməməsidir.
"Spiegel”ə açıqlama verən hökumətin koalisiya ortağı Sosial Demokrat Partiyasının deputatı Rainer Arnold deyib ki, Bundestaq üzvlərinin "İncirlik”dəki alman əsgərlərə baş çəkməyə icazə verilməzsə, əsgərlərin bu hərbi bazada yerləşdirilməsi barədə qərarın müddəti uzadılmayacaq. R. Arnold hökuməti dərhal əsgərlərin yerləşdiriləcəyi başqa bir yer tapmağa çağırıb.
Almaniya hərbçilərinin "İncirlik” hərbi hava bazasında yerləşdirilməsi barədə qərarın müddəti bu ilin dekabrında bitir. "Spiegel” Sosial Demokrat Partiyasının dəstəyi olmadan Almaniya hökumətinin dekabr ayında bu qərarın müddətini uzatmaq şansının olmadığını yazıb. "İncirlik” hərbi bazasından çıxacaq Almaniya hərbçilərinin yerləşdiriləcəyi alternativ məkanlar kimi İordaniya və Kiprin adı çəkilir. Bu yerdəyişmə halında "Tornado" kəşfiyyat təyyarələrinin İŞİD-lə mübarizə çərçivəsində Suriya və İraqda uçuşu ən azı 2 ay dayandırılacaq.
Qeyd edək ki, "İncirlik” hərbi bazasında "Tornado" kəşfiyyat təyyarələri ilə birlikdə 250 Almaniya əsgəri var. Türkiyə bir müddət əvvəl Almaniya Müdafiə Nazirliyinin müşaviri Ralf Brauksiepe və bir qrup deputatın "İncirlik” hərbi bazasını ziyarət etməsinə icazə verməyib. Bundan sonra Almaniya müdafiə naziri Ursula von der Leyen şəxsən özü "İncirlik” hərbi bazasına səfər edib, Ankarada görüşləri zamanı alman deputatların "İncirlik” hərbi bazasına səfər etməsinə icazə verilməsini istəyib.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək