Cerablus İŞİD-dən tam təmizləndi, ASO-nun 1 üzvü həlak oldu – Türk ordusunun əməliyyatı

img

24-08-2016 [21:38]


Türkiyə ordusunun Suriyanın Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlar uğurla davam edir.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cerablsun ətraf kəndləri ilə yanaşı, mərkəzi də artıq İŞİD-dən tam təmizlənib:

"Hazırda ana ordu şəhərin ətrafında mövqe tutub. Kəşfiyyat qrupları kiçik hissələrə bölünərək, şəhərin mərkəzində İŞİD-çilərin "bombalı tələ"lər qurub-qurmadıqlarını nəzərdən keçirirlər".

Məlumatda o da qeyd olunur ki, hücum zamanı türk ordusu heç bir itki verməyib: "Ancaq əməliyyatda türk ordusu ilə birgə hərəkət edən Azad Suriya Ordusunun (ASO) 1 üzvü həlak olub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA