"Sonra deyirlər ki, Ərdoğan bizə qulaq asmır, hanı 3 milyard?” - Ərdoğan yenə Avropa Birliyinə "yükləndi"

img

24-08-2016 [13:34]


Avropa ittifaqı indiyə qədər suriyalı qaçqınlarına vermək  üçün Türkiyəyə vəd etdiyi 3 milyard avronu verməyib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

"Biz özümüz milyonlarla suriyalı qardaşlarımıza sığınacaq vermişik. Avropa Birliyi bizə 3 milyard avro vəd etmişdi. Hanı bu pullar? Yoxdur. Artıq səkkizinci ay qurtarır. Onlardan ancaq məsləhət alırıq. Sonra deyirlər ki, Ərdoğan bizə qulaq asmır. Lakin biz öz ayaqlarımız üzərində dururq və belə də davam edəcək”.

Xatırladaq ki, Aİ-nin dövlət başçıları və Türkiyə mart ayında  miqrasiya böhranı ilə bağlı birgə plan hazırlayıb.   


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA