Bayden Türkiyədə! – Onu iki "canavar" və bomba axtaran itlər qoruyur (FOTO)

img

24-08-2016 [11:54]


Obama hakimiyyətinin ikinci adamı Co Bayden bu dəqiqələrdə Türkiyəyə gəlib.

Mia.az xəbər verir ki, böyük təhlükəsizilik tədbirlərinin görüldüyü Ankaradakı "Əsənboğa" hava limanına enən Baydeni ABŞ-dan gələn təhlükəsizilik qüvvələri qoruyur. Hətta təhlükəsizlik məqsədiylə Türkiyəyə bomba axtarışı üzrə xüsusi itlər də gətirilib.

Baydeni hava limanında Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç və ABŞ-ın Türkiyədəki səfiri  Con Bass qarşılayıblar.

Türkiyə mətbuatı xəbər verir ki, o, amerikalıların "Canavar" adlandırdığı iki eyni zirehli maşının da daxil olduğu komvoyla əvvəlcə Türkiyə Böyük Millət Məclisinə gedəcək. Bayden bu gün Binəli Yıldırım və Ərdoğanla da görüşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA