Türk ordusunun Suriyaya girməsinə ABŞ-dan – Reaksiya

img

24-08-2016 [11:25]


ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasına münasibət bildirib.

Toner təzyiqin yüksəlməməsi üçün çalışdıqlarını deyib:

"Türkiyə YPG və İŞİD-i toplarla atəşə tutub. Bu barədə türk rəsmilər və Suriya Demokratik Qüvvələrinin rəhbər heyəti ilə əlaqə saxlayırıq. Hər iki tərəfə burada əsl düşmənin İŞİD olduğunu xatırlatmağa çalışırıq".

Xatırladaq ki, bu arada Mark Toner rəsmi Ankaranın Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a rəsmi müraciət ünvanladığını bildirib. O, Gülənin 15 iyul hərbi çevriliş cəhdinə görə yox, başqa səbəblərdən tələb edildiyini bildirib.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA