ANS TV-nin saytı fəaliyyətə başlayır? - Açıqlama

img

23-08-2016 [17:01]


Bu gün bəzi mətbuat orqanlarında "ANS TV-nin saytı yenidən açıldı” başlığı ilə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən ANS TV-nin əməkdaşı Eldəniz Elgün bildirib ki, ANS TV-nin "anstv.ws” saytı rəsmi olaraq bağlanmamışdı:

"Sadəcə ANS TV və ANS ÇM radiosu bağlandığı üçün biz də saytın fəaliyyətini təhlükəsizlik baxımından müvəqqəti dayandırılması qərarına gəlmişdik. Həm də saytın bəzi texniki problemləri var idi. İndi sayt işləmir, sadəcə görüntü olaraq mövcuddur. Sayt o zaman işlək olar ki, yeni xəbərlər yerləşdirilsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA