Prokuror HDP liderinə ağır cəza tələb etdi - Ərdoğanla Davudoğlunu təhqir etdiyi üçün...

img

23-08-2016 [15:32]


İstanbulun Bakırköy prokurorluğu HDP həmsədri Səlahəddin Dəmirdaşla bağlı açılan cinayət işini yekunlaşdıraraq məhkəməyə təqdim edib.

Prokuror iddianamədə Dəmirdaşın 24 dekabr 2015-ci ildə Rusiyadan qayıdarkən hava limanında verdiyi açıqlamada həm Prezident Rəcəb Tayyib Ərdoğanı, həm də keçmiş baş nazir Əhməd Davudoğlunu təhqir etdiyini təsdiqləyib.

Bu səbəbdən məhkəmədən Dəmirdaşa prezidenti təhqir etdiyi üçün 4 il 8 ay, Davudoğlunun ünvanına işlətdiyi ifadələr üçün isə 2 il həbs cəzası istənilib.

Xatırladaq ki, Dəmirdaş Rusiya səfərindən qayıdarkən Atatürk Hava Limanında Prezident Rəcəb Tayyib Ərdoğanı ölkəyə xəyanət etməkdə günahlandırmışdı.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA