Hökumət əmr verdi – Türkiyə ordusu PYD və İŞİD-ə qarşı hərəkətə keçdi

img

22-08-2016 [22:28]


Türkiyə Silahlı Qüvvələri Suriya sərhədindəki İŞİD və PYD mövqelərini "Fırtına" raketləri ilə vurur.

Məlumata görə, türk qoşunları hökumətin əmri ilə Cerablus bölgəsinə zərbələr endirməyə başlayıb.

Əməliyyatın aparılmasında məqsəd PYD qoşunlarının Menbiçə daxil olmasının qarşısını almaqdır. Ancaq bu məlumat hələ də rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Bölgədə olan jurnalistlərin verdiyi məlumatlara görə, Cerablusa qarşı əməliyyata hazırlaşan Azad Suriya Ordusuna bağlı qruplar da quru hərəkatına hazırlaşır.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA