Ərdoğan edam qərarından geri çəkilir? - Nazirlərin danışığı mediaya sızdı

img

22-08-2016 [10:32]


Türkiyənin Baş naziri Binəli Yıldırımla yunan həmkarı Aleksis Tsipras arasında baş tutan telefon danışığının bəzi detalları mediaya sızıb.

Telefon danışığında 15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 hərbçinin ekstradisiyası, Türkiyədə edam cəzasının yenidən tətbiq edilməsi məsələləri müzakirə olunub.

Tsipras hərbçilərin qaytarılması zamanı ölkəsinin beynəlxalq hüquq çərçivəsində addım atacağını deyib.

"Hökumətimizin edəcəyi tək şey, səlahiyyətləri çərçivəsində, hüquqi prosesin ən qısa müddətdə tamamlamasını təmin etməkdir. Əlbəttə siz suveren bir dövlətsiniz, ancaq ölüm cəzası ilə bağlı müzakirələr Avropadakı strategiyanıza ciddi problemlər yarada bilər”, - yunan baş nazir qeyd edib.

Yıldırım da öz növbəsində edam cəzasının yaxın gələcəkdə parlamentdə müzakirə edilməyəcəyini deyib.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA