Putin Türkiyəyə mesaj verdi: "Əməkdaşlığı genişləndirməyə hazırıq"

img

21-08-2016 [21:25]


Rusiya prezidenti Vladimir Putin Qaziantep şəhərində törədilən terror aktı nəticəsində onlarla dinc insanın həyatını itirməsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V. Putin bildirib ki, baş verən hadisə bir daha beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini real olaraq birləşdirməsinin vacib olduğunu ortaya qoyub.

Rusiya prezidenti bir müddət əvvəl Sankt-Peterburqda əldə edilən razılaşmalar çərçivəsində Türkiyə ilə terrorizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını vurğulayıb.

V. Putin terror aktı nəticəsində həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verib. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA