Jirinovski Ukraynanın işğal planını açıqladı: "Həmin an qoşunlar yeridilsə,..."

img

19-08-2016 [13:43]


"Rusiya prezidenti Vladimir Putinin Ukraynanın ələ keçirilməsi üçün ssenarisi var".

Bunu "Exo Moskva” radiosuna açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

Onun sözlərinə görə, o, bu ssenarini ABŞ-dakı prezident seçkisindən bir neçə gün öncə reallaşdıra bilər:

"Bunu 2-3 noyabrda etmək lazımdır. Belə olan halda, Barak Obama artıq heç nə edə bilməyəcək. Bəs administrasiya nə edəcək? Onlar qorxurlar. Yoxsa Rusiyaya qarşı müharibə elan edəcəklər? Hillari Klinton uduzacaq. Həmin an qoşunlar yeridilsə, heç kim heç nə anlamayacaq. Məcbur deyil ki, bunun üçün rus ordusundan istifadə edəsiniz. Ukrayna xalqı bizim dostumuzdur. Özünü əsl ukraynalı hesab edənlər, mən, sizi əmin edirəm ki, Rusiyanı müdafiə edəcəklər. Bu dəqiqə azad referendum keçirsək, Ukrayna əhalisinin 80%-i  Rusiyaya birləşməyə səs verər”. 

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA