18-08-2016 [22:33]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bəyan edib.
Bunu bu gün Pakistan Senatının və Milli Məclisinin üzvlərini və İslam Dünyası Vətəndaş Cəmiyyəti Təşkilatı Birliyinin təmsilçilərini qəbul edən Ərdoğan deyib ki, Türkiyə adları fərqli olsa da, eyni məqsədlə hərəkət edən və bir-biri ilə yaxın əlaqədə olan terror təşkilatlarının ortaq hücumuna məruz qalır.
Türkiyə prezidenti bildirib ki, PKK-nun hücumlarının arxasında FETÖ-nün olduğunu anlamaq üçün kahin olmağa gərək yoxdur. Türkiyənin terror təşkilatlarına qarşı mübarizə aparacaq qüdrətə malik olduğunu vurğulayan Ərdoğan ABŞ-a da mesaj verib. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YRG-nin Münbicin İŞİD-dən azad edilməsindən sonra geri çəkiləcəyi ilə bağlı ABŞ-ın üzərinə öhdəlik götürdüyünə işarə edən Ərdoğan öhdəliklərin yerinə yetirilib-yetirilməyəcəyini izlədiklərini söyləyib: "İraq və Suriyada Türkiyənin təhlükəsizliyini təhdid edəcək proseslərə nail olmaq istəyənlərə söyləyirəm ki, biz hər şeyin fərqindəyik. Türkiyə bir çadır dövləti deyil”.
Türkiyə prezidenti 15 iyuldan sonra 182 terrorçunun zərərsizləşdirildiyini, təhlükəsizlik qüvvələrinin terrorçulara yardım edən 3 min nəfəri saxladığını, 318 nəfərin həbs edildiyini də açıqlayıb: "Millətimiz bütün təhlükəsizlik qüvvələri ilə mübarizə aparacaq. Hazırda Suriyanın şimalında YPG hücumları təhdid yaradır. Qərb bizi anlamayıb, anlamır və anlamayacaq. Biz bunun fərqindəyik, dürüst davranmırlar. Biz terrorçularla mübarizə sahəsində hərbi əməliyyatları və hüquqi mübarizəni fasiləsiz davam etdirəcəyik”.
APA
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək