Türkiyədə polis məntəqəsinə hücumda 3 nəfər ölüb, 20 nəfər yaralanıb - VİDEO

img

15-08-2016 [15:52]


Türkiyənin Diyarbəkir əyalətinin Çinar və Bismil rayonları arasındakı polis nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 5 metr dərinliyində, 10 metr genişliyində çuxur yaranıb.

*** 14:52, 15:14

PKK terrorçularıTürkiyənin Diyarbəkir şəhəri,Çınar rayonunda polis nəzarət-buraxılışməntəqəsinin qarşısındapartlayış törədiblər.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisəDiyarbəkir-Mardin avtomobil yolundaminalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Məlumatagörə,partlayış nəticəsində 11 polis əməkdaşı və çoxlu sayda mülki vətəndaş yaralanıb.

Xəbərdə bildirilib ki, partlayışdan sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.

FOTO: "Habertürk"


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA