“Qabil-90" adlı kitab sərgisi açılıb

img

12-08-2016 [11:29]


Bu gün çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Qabilin 90 illlik yubileyi qeyd olunur.

Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri bu gün də maraqla oxunur.

Onun məşhur "Ümid sənədir ancaq, Azərbaycan əsgəri”, "Səhv düşəndə yerimiz” kimi şeirləri nəsillər dəyişsə belə, yəqin ki heç vaxt unudulmayacaq.

Yubiley günü ərəfəsində mərhum Xalq şairi ilə bağlı müxtəlif tədbirlər keçirlir.

Avqustun 11-də Milli Kitabxanada Qabilin 90 illiyi münasibətilə"Qabil-90”adlı kitab sərgisi də açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA