Ermənistan ordusunda kütləvi istefalar: 10 polkovnik istefaya göndərildi

img

09-08-2016 [11:54]


Ermənistan Silahlı Qüvvələrinin 10 yüksək rütbəli zabiti istefaya göndərilib.

Mia.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
İnformasiyaya əsasən, polkovniklər Rafiq Beqlaryan, Avetik Arutyunyan, Karen Sarkisyan, Artur Kazaryan, Qarnik Barseqyan, Mkrtıç Qabrileyan, Seryoja Tavaratsyan, Artur Arustamyan, Stanislav Ovannisyan, Vardan Xaçatryan zabit xəncəri ilə mükafatlandırılaraq, istefaya göndəriliblər.

Xəbərə görə, onlar Ermənistan ordusunda keçirilən kadr islahatı ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA