"Bugünkü görüşdə razılığa gəlinib ki..." - Lavrovdan görüş sonrası açıqlama

img

08-08-2016 [23:38]


"Birgə bəyannamədə terrorizmə qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinin vacibliyi qeyd edilib. Üçtərəfli mexanizmin əldə edilməsinə dair qərar verilib. Bu format Xəzər dənizinin statusunun müəyyənləşməsi baxımından da vacibdir”.

Mia.az-ın məlumatına görə, bu sözləri Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Xəzərin hüquqi statusu barədə danışan nazir bildirib ki, bu yay Astanada xarici işlər nazirlərinin görüşündə Xəzərin hüquqi statusu barədə Konvensiyanın yekunlaşması barədə qərar qəbul edilib: "Bununla bağlı sammit Qazaxıstanda keçiriləcək. Bugünkü görüşdə razılığa gəlinib ki, bu istiqamətdə işlər davam etdirilsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA