Bakıda ?McDonalds?da bomba həyəcanı

img

22-04-2010 [01:05]


Dünən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "McDonalds" restoranında partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün göstərilən ünvana cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə FHN-nin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumaya görə, hadisə yerinə gəlmiş xilasedicilər həmin vaxt qeyd olunan restoranda və yaxınlığında olan insanların təhlükəsizliyini təmin etmiş, daha sonra nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə restoranda (texniki və xidməti otaqlarda, çardaqda, elektrik və digər məişət avadanlıqlarında, şitlərdə, sanitar qovşağında, zirzəmidə, masa və oturacaqlarda, mətbəxdə və s.) və yaxınlığında axtarış aparıblar. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 23:00-da başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA