Ərdoğan o gecə ölümdən belə xilas olub - Hadisənin şok təfərrüatı

img

04-08-2016 [11:19]


15 iyul gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin vurulma planının bəzi detalları ortaya çıxıb.

Həmin gecə Ərdoğanın olduğu TC-ATA təyyarəsi böyük bir təhlükədən xilas olub. Belə ki, Dalamandan İstanbula yola düşən təyyarəni qiyamçı pilotların istifadə etdiyi F-16-lardan biri görüb.

Havada olarkən F-16-dan biri TC-ATA-ya yaxınlaşıb. Təyyarəni endirmək üçün cəhd edən F-16-lardan birinin yanacağı bitincə tanker təyyarəyə yaxınlaşmaq məcburiyyətində qalıb. F-16- ya sürətli şəkildə yanacaq vurulduğu zaman Ərdoğanın təyyarəsi Atatürk hava limanına eniş edib. Beləliklə, Türkiyə prezidenti ona qarşı olan sui-qəsd planından möcuzəvi şəkildə xilas olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA