Azərbaycanın ən böyük texnologiya saytı yeniləndi - FOTOLAR

img

03-08-2016 [19:52]


Artıq yeni dizayn və yeni logo ilə təqdim olunan sayt istifadəçilər üçün web və mobil versiyada yeni imkanlar təqdim edir. 

"Technote.az" əhatə etdiyi sahələri genişləndirməklə oxucularına daha rəngarəng və keyfiyyətli informasiyalar çatdırmağı hədəfləyir.

Bu günə qədər Azərbaycanda və dünyada texnologiya, oyun, film, avtomobil, elm və kosmos sahələrində baş verən yenilikləri oxuculara təqdim edən sayt, rebrendinqdən sonra xəbər bölmələrini yenidən təsnifatlandırıb: Texnologiya,
Sosial Media, Oyun və Film, Elektron Ticarət, Rəqəmsal Marketinq, Startaplar və Təşəbbüskarlıq.

Bu gündən etibarən saytda ölkənin aparıcı rəqəmsal marketoloqlarının yazıları, analizləri, eyni zamanda ölkə bazarında olan yerli internet bizneslər (startaplar) haqqında maraqlı məlumatları oxuya bilərsiniz.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA