Qiyamın təşkilatçısı olan general həbsxanada döyüldü

img

03-08-2016 [19:34]


Türkiyədə dövlət çevrilişini planlamaqda ittiham olunan Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Akın Öztürkün həbsxanada döyüldüyü iddia olunur.

Bu barədə Türkiyədə mütəşəkkil cinayətkarlığın liderlərindən biri olan Aalaattin Çakıcının vəkili olaraq tanınan Mehmet Sinan İnce söyləyib.

O, sosial şəbəkədə A. Öztürkü döydüyünü və bu hadisəni polislərin gözü qarşısında törətdiyini bildirib.

"Onu vəkillərlə görüş otağında üzündən qanlar axana qədər döyərək polislərə təhvil verdim. Bunların hamısı təhlükəsizlik kameralarının, məhkum yaxınlarının və müdirlərin gözü qarşısında cərəyan edib. Bu şərəfsiz polislərin qarşısında mənə yalvara-yalvara ağlayıb”, - deyə vəkil yazıb.

Qeyd edək ki, Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk hərbi çevrilişdə iştirak edən ən yüksək rütbəli şəxsdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR