Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının səlahiyyətləri azaldıldı

img

31-07-2016 [13:50]


Türkiyədə Quru, Dəniz və Hava qüvvələri Müdafiə Nazirliyinin tərkibinə daxil edilib.

Bununla bağlı qanun hökmündə qərar bu gün ‘Resmi Qazete”də dərc olunub.

Bu qanuna zidd olmayan və digər qanunlarla Silahlı Qüvvələrin Baş Qərargahına verilən vəzifə və hüquqlar saxlanılıb. Eyni zamanda prezident və baş nazir vacib saydıqları halda Quru, Dəniz və Hava qüvvələrinin komandanlarından birbaşa məlumat ala və əmr verə biləcək. Bu əmrlər hər hansı qurumla razılaşdırılmadan dərhal yerinə yetirilməlidir.

Qərara əsasən Gülhanə Hərbi Tibb Akademiyası və hərbi xəstəxanalar da Səhiyyə Nazirliyinin tabeçiliyinə verilib(apa). 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA