30-07-2016 [23:38]
Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.
Mia.az Azərtac-a istinadən xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir:
"Əziz dostlar!
Qəbələ Musiqi Festivalı yenidən öz qapılarını iştirakçılarının və qonaqlarının üzünə açır.
Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin – Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır.
2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır.
Qəbələ artıq tanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin sevimli görüş yeridir. Festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilib.
Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir.
Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram”.
Sonra Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Mindən çox tamaşaçının dinlədiyi konsertdə Üzeyir Hacıbəylinin, Niyazinin, Fikrət Əmirovun, Qara Qarayevin, Cakomo Puççinin, Cüzeppe Verdinin, C.Rossininin əsərləri səsləndirilib. İfaçılar – Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Samir Cəfərovun, Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadənin çıxışları alqışlarla qarşılanıb.
Daha sonra festivalın xüsusi qonağı olan bəstəkar və müğənni, SSRİ Xalq Artisti və Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səhnəyə çıxıb. O, Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışıb, belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. Xalq və bəstəkar musiqilərini səsləndirən Polad Bülbüloğlunu gənc dirijor Murtuza Bülbülün idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib…
…Musiqisevərlərin çoxdan gözlədiyi gün gəlib çatıb və artıq Qəbələ Beynəlxalq Musiqi Festivalı öz qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Ölkəmizdə elan olunan "Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərin sırasında yer alan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı hər il olduğu kimi çox zəngindir.
Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur. Bu günlərdə isə Qəbələdə pianoçuların beynəlxalq müsabiqəsi də keçiriləcək.
Avqustun 5-dək davam edəcək VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə