Ərdoğanı devirmək üçün iki plan olub - "Bəbir planı" və....

img

29-07-2016 [13:07]


Türkiyədə 15 iyul hərbi çevriliş planına verilən kod adı ortaya çıxıb.

Publika.az "Habertürk”ə istinadən xəbər verir ki, "Bəbir” adlanan çevriliş planında əməliyyatda iştirak edəcək şəxslərin adları, görəcəkləri işlər və istifadə ediləcəyi hərbi texnika və silahların sayı yer alıb.

Polisin hərbi çevriliş cəhdində aktiv rol alan alay komandirinin köməkçisi Əkrəm İşıkın xidməti avtomobilində apardığı axtarışda 2 ayrı hərəkət planı aşkarlanıb.

Bunlardan biri "Köşk Gözətçi Komando Birlik Komandirliyinin həyəcan planı”, digəri isə "Bəbir planı”dır. Araşdırmalar zamanı məlum olub ki, "Həyəcan planı” hərbi çevrilişə cəhddən əvvəl hərəkətliliyin yaranmaması üçün bir təlim planı kimi hazırlanıb. Əsl plan isə "Bəbir planı”nın olduğu müəyyən edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA