"Türkiyənin göndərdiyi bəzi sənədlər bizə çatıb, ancaq..." - ABŞ-dan rəsmi Ankaraya mesaj

img

29-07-2016 [12:32]


ABŞ xarici işlər nazirliyinin sözçüsü Con Kirbi  Birləşmiş  Ştatların  Türkiyədəki qanlı çevriliş cəhdinin arxasında olduğu haqda iddialara cavab verərək Ankara ilə Vaşinqtonun sadəcə müttəfiq deyil, həm də dost olduğunu deyib.

Avropa.info xəbər verir ki, günlük mətbuat konfransında danışan Kirbi, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yenə də dəlillərə ehtiyac olduğunu bildirib.

"Biz Gülən və ekstradisiyası haqqında mütəmadi olaraq danışırıq və ekstradisiyası dəlillərə əsaslanan bir məsələdir. Türkiyənin göndərdiyi bəzi sənədlər bizə çatıb və hazırda təhlil edilir. Bu məsələdə yenilik yoxdur."

Dövlət çevrilişi cəhdini pislədiklərini və bu təşəbbüsdən sonra isə Türkiyə hökumətinin atdığı addımları başa düşdüklərini bildirən Kirbi, "Bu məsələni sona qədər həll etmək hökumətin vətəndaşlarına olan borcudur. Araşdırmalıdır və dövlət çevrilişinə cəhd göstərənlər məsuliyyətə cəlb edilməlidir" deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA