Tovuzda iki avtobus toqquzub, 8 nəfər ölüb

img

21-04-2010 [12:14]


Bu gün səhər saat 7-8 radələrində Bakı-Qazax yolunda, Tovuz rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, "İkarus" markalı Bakı-Qazax sərnişin avtobusu ?Qazel? markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində birinci avtobus yoldan çıxaraq aşıb. Qəzadan sonra yol bir müddət bağlı qalıb. Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Dönük Qırıxlı kəndi ərazisində baş verib. Bakı istiqamətində hərəkət edən mikroavtobusla Qazax istiqamətində hərəkət edən avtobus toqquşub(anspress). İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. Onlardan 3-ü Türkiyə vətəndaşıdır. Ölənlərdən 4-nün şəxsiyyəti müəyyənləşdirilib: Nizami Tofiq oğlu Hüseynov - 42 yaş (Bakı sakini) Ozan Qulet Kazım - 45 yaş (Türkiyə vətəndaşı) Yaşar Yardımçı -35 yaş (Türkiyə vətəndaşı) Bora Yardımçı - 5 yaş (Türkiyə vətəndaşı) Qəza nəticəsində yaralanan isə 12 nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər isə Gəncə xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, qəzaya səbəb sürücülərdən birinin yuxulu olması olub. Xəstəxanadan Milli.Az-a verilən məlumata görə, yaralılardan 4-nün vəziyyəti orta-ağırdır. Onlarda əsasən sınıq xəsarətləri var. Digər 8 nəfərə isə ilkin tibbi yardımdan sonra ambulator müalicə təyin olunacaq. Yaralıların siyahısını təqdim edirik: Esmira Qurbanova - Gürcüstan vətəndaşı, 33 yaş Məhəmməd Osmanov - 12 yaş, Nadir Osmanov - 44 yaş, Zöhrə Yardımçı - Türkiyə vətəndaşı, 35 yaş Mirsad Yardımçı - Türkiyə vətəndaşı, 21 yaş Fariz Qocayev - 32 yaş Oksana Əliyeva- 27 yaş Fərid Qocayev - 4 yaş Qoşqar Nemanov - 44 yaş Qafar Məsimov- 48 yaş Rzaqulu Məmmədov - 46 yaş Məsimə Əliyeva - 62 yaş

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA