Orduda hansı dəyişikliklər olacaq? – Gözlər Ərdoğana dikildi

img

28-07-2016 [18:33]


Bu gün Türkiyənin Baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi Şuranın 5 saat sürən iclası başa çatıb.

İclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşıq və digər güc strukturlarının komandanları iştirak ediblər.

İclasdan sonra – Türkiyə vaxtı ilə saat 20-də (Bakı vaxtı ilə 21-də) Prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə Prezident sarayında ziyafət veriləcək.

Şuranın iclasında qəbul olunan qərarların dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının Baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA