TSK-da gözlənilməz istefalar başladı – İki general vəzifədən getdi

img

28-07-2016 [13:18]


Türkiyə Silahlı Qüvvələrində (TSK)  gözlənilməz istefalar başlayıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün iki generalı ordudan getdiyini açıqlayıblar:

"Quru Qoşunları Komandanlığının qərargah rəisi, general İhsan Uyarla Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının  komandanı, general Kamil Başoğlu vəzifələrindən istefa veriblər".

Türkiyənin bəzi media qurumları hər iki generalın ordudakı yenidənqrumaya və çevrilişdən sonra kütləvi həbslərin ordunun imicinə ciddi zərbə vurmasını əsas gətirərək, postlarını thvil verdikləri iddiasını irəli sürüblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA