Hərbi çevriliş cəhdində nə qədər hərbçi iştirak edib? - Baş Qərargah açıqladı

img

27-07-2016 [15:22]


"Türkiyədə çevriliş cəhdində iştirak edən hərbi geyimli terrorçuların sayı 8651 nəfər olub".

APA-nın "posta.com.tr”yə istinadən  verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

Qeyd edilib ki,  hərbi çevriliş cəhdinin iştirakçıları 24 min döyüşçü, 34 təyyarə və 74 tankdan istifadə ediblər.

Bununla yanaşı, açıqlamada Türkiyə Silahlı Qüvvələrinin böyük əksəriyyətinin bu xain hücuma şiddətlə qarşı çıxdığı bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA