Nazir müavinindən müğənniyə cavab: "Həmin şəxsi bir qədər sıxdıqdan sonra..."

img

26-07-2016 [18:48]


Əməkdar artist Abbas Bağırovun Vergilər Nazirliyi ilə bağlı ittihamlarına nazir müavini Sahib Ələkbərov münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında ittihamların əsassız və böhtan olduğunu söyləyib:

"Bu gün müğənnilərdən biri bizim haqqımızda böhtan yayıb. Amma bizim əlimizdə faktlar var və həmin faktlara əsasən qeyd edirəm ki, müğənni 2004-2006-cı illərdə 0 manat, 2007-ci ildə 1829 AZN, 2008-ci ildə 2 979,5 manat , 2009-cu ildə 351,4 manat 2010-2014-cü illərdə 0 manat və 2015-ci ildə isə 700 manat ödəyib. Bu il isə həmin şəxsi bir qədər sıxdıqdan sonra 2 098 manat vergi verib”.

Xatırladaq ki, əməkdar artist Abbas Bağırov vergi işçisinin toyuna getmədiyi üçün ona 30 min manat dəyərində vergi borcu yazıldığını iddia etmişdi. ("Qafqazinfo”)


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA