Ərdoğan yeni tədbirlər aldı, baş yavər postunu ləğv etdi – İqamətgah daha güclü qorunacaq

img

26-07-2016 [14:54]


Türkiyə Prezident Administrasiyasında 1 baş yavər və 4 yavər vəzifəsi var.

Ölkə prezidentinin hər addımında yanında olan baş yavər xidməti maşına minən yeganə şəxs idi. Türkiyədə baş yavər vəzifəsi 1920-ci ildən bəri mövcud olub.

Ancaq Türkiyə prezidentinin baş yavəri Əli Yazıçının dövlət çevrilişi cəhdindən sonra saxlanılması bu postun ləğvinə gətirib çıxarıb.

Məlumatda həmçinin bildirilir ki, Beştəpədəki prezident iqamətgahının təhlükəsizliyi üçün çiyindən atılan raketli silahlar yerləşdiriləcək. Eyni zamanda, hərbçilərin yerini xüsusi təyinatlı polislər alıb və prezidentin mühafizəçilərinin sayı iki dəfə artırılıb.(report)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA