26-07-2016 [10:07]
Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə hökumətinin bu ölkədə fəaliyyət göstərən və Fətullah Gülənə bağlı olduğu bildirilən özəl təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı müraciətinə rədd cavabı verib.
Bu haqda iyulun 25-də Qırğızıstan XİN-nin rəsmi saytında dərc olunan məlumatda deyilir.
Qırğızıstan XİN-i bildirib ki, iki ölkə və bu ölkələrin xalqları arasında tarixi münasibətlər sıx və dərin köklərə bağlansa da, hansısa ölkənin xarici işlər nazirinin ultimatum və şantaj yolu ilə nə isə tələb etməsi bu ölkənin daxili işinə qarışmaq deməkdir: "Biz Türkiyə xarici işlər nazirinin müraciətini diqqətlə araşdırdıq. Türkiyə Qırğızıstan üçün qardaş dövlətdir. Biz Türkiyə rəsmilərinin narahatlığını da başa düşürük. Eyni zamanda, xatırlatmaq istəyirik ki, Qırğızıstan hər şeydən öncə nəyin yaxşı, nəyin pis olduğunu ayırd edə biləcək müstəqil və suveren dövlətdir. Hesab edirik ki, hansısa ölkənin xarici işlər nazirinin şantaj və ultimatum yolu ilə o biri dövlətə bu və ya digər formada ölçü götürməyi diqtə etməsi qeyri-korrekt hərəkətdir”.
XİN bildirib ki, Qırğızıstan hökuməti ehtiyac olduğu təqdirdə müraciətlə bağlı adekvat ölçülər götürəcək.
"Müəyyən olunmuş hüquqi normalar, vəzifələr və başqa məsələlər var. Vurğulayaraq deyirik ki, bütün bu sadaladıqlarımız bizim ölkənin daxili işləridir”- deyə nazirlik bildirib.
Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Orta Asiyada Fətullah Gülən hərəkatının təsirinin hər gün bir az daha da artdığını, bu qruplaşmanın xüsusilə Qırğızıstanı özlərinə baza seçdiklərini vurğulayaraq, deyib: "Onlar Qırğızıstan rəhbərliyinin içinə sızırlar. Bişkekə də belə çevriliş görəcəklərini söylədik. Onlar bizdən qruplaşmanın siyahısını istədilər. Mən sabah onlara siyahını çatdırdım. Qırğızıstan üçün ciddi bir təhdid var. Oranı baza kimi seçiblər”.
Strateq.az
"Fələstin dövləti qurulmayacaq" - Netanyahu müsəlman ölkələrin HƏMAS-a təzyiqə başladığını deyir
Aparıcı Dənizkənarı Bulvar İdarəsində vəzifə təyin olunub
Bakıda məktəbdə şagirdi lüt soyundurublar? - QALMAQAL + VİDEO
Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
Dövlət sərhədimizi pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
"Bu, etik deyil" - İqbal Ağzazadədən Cabir İmanovla bağlı açıqlama
Çempionlar Liqası: II turunun oyunları başlayır
Selcuk İnan: "Gərgin atmosferin nəticələrini dərhal yaşadıq"
Ərdoğan: "Trampın liderliyini təqdir edirəm"
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə - Xəbərdarlıq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?