Beynəlxalq Universitetin saxta diplomunu satanlar tutulub

img

20-04-2010 [12:21]


Polis əməkdaşları saxta diplom satan şəxsləri yaxalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Xəlil Cəlilov və Zemfira Qasımova həbs edilib. Onlar Azərbaycan Beynəlxalq Universitetinin (ABU) İbtidai-metodika fakültəsini bitirməsi barədə Mehparə Nəcəfovanın adına hazırlanmış diplomu Biləsuvar sakini Rövşən Haqverdiyevə 5 min manata satarkən yaxalanıblar. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA