22-07-2016 [20:51]
Prezident Ərdoğanın 15 iyul günü Marmarisdə qaldığı otelin sahibi Serkan Yazıcı həmin günü oteldə baş verən hadisələri nəql edib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, çevriliş xəbəri yayılandan sonrakı 6 saat ərzində orada baş verənləri "Posta" qəzetinə danışan Serkan Yazıcının sözlərinə görə, ətrafı yaxşı tanıdığı üçün Ərdoğan ona "Serkan, dəniz yoluyla ən yaxın hara gedə bilərik", – deyə, soruşub:
"Mən Dalamana gedə biləcəyimiz, ancaq Aksaz Hərbi Dəniz Qərargahının önündən keçəcəyimizi dedim. O, "Olmaz, başqa hara gedə bilərik" soruşdu. Çox yaxında yunan adaları olduğunu xatırladıb "Mən, sizi götürər bilərəm ora", – dedim . Bu sözümə qədər təmkinli, sakit görünən Ərdoğan əsəbi halda "Mənim yunan adalarında nə işim var? Mən səndən İstanbula necə gedə biləcəyimi soruşuram", deyə, qəzəbli cavabını verdi".
Otel sahibi deyib ki, Ərdoğan "CNN Türk"də xalqı meydana çağırandan 1 saat sonra kürəkəni, enerji naziri Berat Albayrakın cip telefonuna zəng gəlib: "Telefonu qapatdıqdan sonra Ərdoğana dönüb söylədi ki, xalq əllərində bayraqlarla tankların üstünə çıxır, qiyamçılara qarşı böyük dirəniş var. Küçələr xalqla dolub. Bu an cangüdənlərin şefi Muhsin Köse də İstanbul Atatürk Hava limanının qiyamçılardan geri alındığını prezidentə xəbər verdi. Ərdoğanın üzündə bu zaaman ilk dəfə sevincli bir ifadə yarandı".
Serkan Yazıcı Ərdoğanın otelden ayrılma anının da danışıb:
"Onların haradan və necə gələcəyi bilinmirdi. Qoruma müdiri Muhsin Köse Ərdoğanın qoluna girib "Əfəndim, həmən getməliyik, burada artıq qala bilmərik" dedi. Ərdoğan bizə "haqqınızı halal edin" deyib, helikopterə minmək üçün çıxdı. Helikopterin bütün işıqları söndürüldü, radarlara düşməmək üçün alçaq uçuş qərarı alındı. Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, qızı Əsra Albayrak, kürəkəni Berat Albayrak və 3 nəvəsi Dalamana doğru belə yola çıxdılar".
Otel sahibi Ərdoğanın hadisələrin pik saatında kiminləsə danışığını da xatırlayıb:"Ərdoğan çıxanda kiminləsə telefonda danışdı. Dedi ki, onların tankı varsa, bizim də imanımız var. Dirənin, gərəkirsə, öləcəyik. Danışıq qutarandan sonra ona diqqətllə baxdığımı görüb "Serkan sən indi tarixə şahidlik edirsən", – deyə, bildirdi…".
Aparıcı Dənizkənarı Bulvar İdarəsində vəzifə təyin olunub
Bakıda məktəbdə şagirdi lüt soyundurublar? - QALMAQAL + VİDEO
Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
Dövlət sərhədimizi pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
"Bu, etik deyil" - İqbal Ağzazadədən Cabir İmanovla bağlı açıqlama
Çempionlar Liqası: II turunun oyunları başlayır
Selcuk İnan: "Gərgin atmosferin nəticələrini dərhal yaşadıq"
Ərdoğan: "Trampın liderliyini təqdir edirəm"
Nazirlikdən hava şəraiti ilə əlaqədar əhaliyə - Xəbərdarlıq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam